330x110
 

Kapitallarını ən fəal istifadə edən investisiya şirkətləri – Reytinq

25.09.2020,14:43


25 sentyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkəti 2019-cu ili 2,484 milyon manat xalis mənfəətlə başa vurub.

ABC.AZ-ın məlumatına görə, bununla yanaşı onların bu ilin yanvarın 1-nə nizamnamə kapitalları da açıqlanıb.

Məlum olub ki, 8 şirkət bu il yanvarın 1-nə 8,505 milyon manat məbləğində nizamnamə kapitalına malik olublar.

Ötən ildən mənfəətlə çıxmış 6 investisiya şirkəti arasında nizamnamə kapitalını ən yaxşı istifadə edənlərə gəlincə bu sırada birincilik "PAŞA Kapital"-a məxsusdur. İkinci pillədə "Unicapital" olub. Bəhs olunan mövzuda 3-cü yerə isə "İnvest-AZ" sahib çıxıb.

Müəllif: Elmir Murad