IV qrup üzrə ən aşağı və ən yuxarı keçid balları belə olub - Siyahı

14:59 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi sentyabrın 23-də 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edilib.

ABC.AZ Abituriyent jurnalının 7-ci sayına əsasən IV qrup üzrə bəzi universitetlərdə müəyyənləşdirilmiş keçid ballarını təqdim edir:

Azərbaycan Tibb Universitetində (ATU) bu il ən aşağı bal Əczaçılıq ixtisası üzrə 498 müəyyən olunub. Fizioterapiya və tibbi reabilitasiya - 522, Tibb bacısı işi - 443, İctimai səhiyyə - 518, Stomotologiya - 551, tibb -540, Tibb (ingilis dilində) 655 bal təşkil edib.

Bakı Dövlət Universitetində (BDU) ən aşağı bal ekologiya ixtisası üzrə 211, ən yüksək bal isə Psixologiya (tədris ingilis dilində) ixtisası üçün 492 bal tələb olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Biologiya müəllimliyi üzrə 239, Kimya və Biologiya müəllimliyi üçün 391 bal kifayət edib.

 

Bütün xəbərlər