Kredit qoyuluşları artıb – 100 milyon manata yaxın

15:49 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. Sentyabrın 1-nə bank sektorunun kredit qoyuluşları 14 milyard 304 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ayla müqayisədə 99,7 milyon manat artıb.

İlin əvvəlinə nisbətən isə 596,7 milyon manat azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər