Banklardakı əmanətlər aylıq artıb, illik isə azalıb – Məbləğlər

15:58 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. Sentyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin miqdarı açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu dövrdə əhalinin banklara qoyduğu əmanətlərin həcmi 7 milyard 874,4 milyon manat təşkil edib.

Əhalinin banklardakı əmanətləri son bir ayda 100,2 milyon manat artsa da, ilin əvvəlinə nisbətən isə bu göstərici 763,5 milyon azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər