Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı Körfəz ölkələri dəyişməyib - Siyahı

16:25 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. Yanvar-avqust aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsi 204,2 milyon ABŞ dolları, BƏƏ ilə 26 milyon dollar, Səudiyyə Ərəbistanı ilə isə 8,3 milyon dollar olub.

İran və BƏƏ ilə ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrünə nisbətən azalıb, Səudiyyə Ərəbistanı ilə artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər