Samir Şərifov Beynəlxalq Valyuta Fondunun və Dünya Bankı Qrupunun İllik İclasında iştirak edəcək

11:13 - 11.10.2017


11-15 oktyabr tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik İclası keçiriləcək.

Maliyyə Nazirliyində bildirildiyi kimi, iclasda Azərbaycanı, nazir Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Məlumatda deyilir: “Səfər çərçivəsində bir sıra görüş keçiriləcək”.

İclas çərçivəsində, Beynəlxalq Valyuta Fondunun və DB qrupunun ölkə-iştirakçılarının, həmçinin başqa beynəlxalq maliyyə təşkilatlarının yüksəkvəzifəli nümayəndələri, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri, dünya iqtisadiyyatının cari vəziyyətini, yoxsulluğun qarşısının alınması və maliyyə yardımının effektivliyi məsələləri, həmçinin qlobal iqtisadiyyat  məsələlərini müzakirə edəcəklər.

 

Bütün xəbərlər