330x110
 

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

28.09.2020,10:36


28 sentyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Bu barədə ABC.AZ- a Müdafiə Nazirliyindən bildirilib.

Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

 

https://www.youtube.com/watch?v=qx2DMi_FlSs&feature=emb_logo