Banklardan kənarda nə qədər nağd pul kütləsi var? – Hesabat

10:57 - 28.09.2020


28 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank bu ilin sentyabrın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi barədə açıqlama yayıb.

ABC.AZ sözügedən hesabata istinadən xəbər verir ki, banklardan kənarda nağd pul kütləsinin həcmi sentyabrın 1-nə 9 848,2 mln. manat təşkil edib.

Bu isə avqustun 1-nə nisbətən 125,3 mln. manat və ya 1,3%, illin əvvəli ilə isə müqayisədə 3,6% və ya 347,2 mln. manat artma deməkdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 1 305,6 mln. manat və ya 15,3% artıb.

Müəllif: Elmit Murad

 

Bütün xəbərlər