Donald Tramp 10 ildir vergi ödəmirmiş – İddia

11:08 - 28.09.2020


28 sentyabr, Fineko/abc.az. ABŞ Prezidenti Donald Trampın 10 il ərzində heç vergi ödəmədiyi ortaya çıxıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə ABŞ-ın məşhur New York Times qəzeti məlumat yayıb.

Bildirillib ki, Tramp 2016-cı və 2017-ci illərdən bəri vergi ödəməyib, sözügedən illərdə isə yalnız hər il 750 dollar vergi ödəyib.

ABŞ prezidentinin uzun müddətdir ödəmədiyi vergi məsələləri müzakirə olunur və qəzet Trampın vergi hesabatlarını ələ keçərməyə müvəffəq olub. Bununla da Trampın ödəməsi lazım olan milyonlarla dollar borcu olduğunu və mülklərinin zərər etdiyini iddia edilib. Qəzet iddia edib ki,  Trampın şirkətləri zərər etdiyindən 10 ildir heç vergi ödəmədiyi iddia edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər