Əks-hücumlar həyata keçiririk – Hikmət Hacıyev "Əl-Cəzirə"yə müsahibə verib

11:16 - 28.09.2020


28 sentyabr, Fineko/abc.az. “Azərbaycan 30 ildir Ermənistanın işğalı və təcavüzündən əziyyət çəkir. Mülki əhalimiz Ermənistan silahlı qüvvələrinin hədəfinə çevrilib, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin  köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əl-Cəzirə”yə verdiyi müsahibədə deyib.

O qeyd edib ki, buna görə də Azərbaycan Silahlı Qüvvələri bu əks-tədbirləri və əks-hücumları həyata keçirir.

H. Hacıyev bildirib ki, Azərbaycan Ermənistanın təxribatlarına cavab verir və danışıqlar prosesi də Ermənistanın destruktiv mövqeyi səbəbindən uğursuzluğa düçar olduğundan Ermənistanı sülhə məcbur edir.

 

Bütün xəbərlər