Bankların iqtisadiyyata tələbində nə qədər artım var? – Mərkəzi Bankdan açıqlama

11:45 - 28.09.2020


28 sentyabr, Fineko/abc.az. Bu ilin sentyabrın 1-nə Azərbaycanda kommersiya banklarının iqtisadiyyata tələbi 14 835,5 mln. manat və ya ÜDM-in 32,3%-ni təşkil edib.

ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankın yaydığı məlumatda əksini tapıb. Qeyd olunub ki, bu da aylıq müqayisədə 0,8% və ya 121,4 mln. manat çoxdur. Bu göstərici ilin əvvəli ilə müqayisədə 1,3% və ya 200,9 mln. manat azdır, ötən ilin eyni dövrü ilə müqayisədə isə 9,1% və ya 1 241 mln. manat çoxdur.

Müəlif: Elmir Murad

 

Bütün xəbərlər