Bu elektrik qatarlarının hərəkəti dayandırıldı – Siyahı

11:47 - 28.09.2020


28 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gündən Azərbaycanda komendant saatı tətbiq edilir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən ABC.AZ-a bildirilib ki, bununla əlaqədar bu gündən Sumqayıtdan saat 19:35-də yola düşən 6626 Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən 6625 Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, bu gecədən ölkənin bütün ərazisində hərbi vəziyyət elan edilib. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-a qədər komendant saatı tətbiq edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər