Ermənilər Tərtərin polis şöbəsinə zərbə endirmək istəyib – Prezidentin köməkçisi

11:59 - 28.09.2020


28 sentyabr, Fineko/abc.az. Dünən səhər saat 06:00 radələrində Ermənistan silahlı bölmələri kəndlərimizə hücum edib. Ermənistanın təxribatından sonra əks-hücum əməliyyatı həyata keçirilib.

ABC.AZ xəbər verir ki, bunu  ölkəmizdəki diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə  Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Ermənistan çətin vəziyyətə düşdükdə mülki əhalini hədəfə alır: "Ermənistanın hərbi doktrinasında mülki əhali hədəf kimi göstərilir. Biz 1990-cı illərdə də, 2016-cı ilin aprel döyüşlərində də bunu görmüşük. Dünən cəbhə xəttindən xeyli aralıda yerləşən Naftalan rayonunun bir kəndində bir ailə və onun azyaşlı üzvləri həlak olub. Bu gün səhər də Tərtər rayonu istiqamətində ağır artilleriya atəşi açılıb, Tərtərdə xalçaçılıq fabriki dağıdılıb. Tərtər rayonunda polis şöbəsinə zərbə endirilmək istənilib. On dörd mülki Azərbaycan vətəndaşı yaralanıb”.

 

Bütün xəbərlər