Ermənilər yaşayış məntəqələrimizi atəşə tutur – Nazir

12:27 - 28.09.2020


28 sentyabr, Fineko/abc.az. Ermənistan işğal etdiyi ərazilərdən davamlı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov xarici diplomatlar üçün keçirilən brifinqdə bildirilib.

Nazir qeyd edib ki, Ermənistanın dünəndən bəri həyata keçirdiyi təxribat nəticəsində 6 mülki şəxs həyatını itirib. "Son məlumatlara görə, 19 nəfər yaralanıb” deyə C. Bayramov qeyd edib.

 

Bütün xəbərlər