Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak olub

15:29 - 28.09.2020


28 sentyabr, Fineko/abc.az. Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub.

Təhsil Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir.

Bildirilib ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.

Ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur.

 

Bütün xəbərlər