330x110
 

"Azərbaycan Dəmir Yolları" bugünki qərarını ləğv edib

28.09.2020,15:47


28 sentyabr, Fineko/abc.az. Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur.

ABC.AZ  xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, beləliklə Sumqayıtdan saat 19:35-də yola düşən  Sumqayıt-Pirşağı-Bakı, Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt  elektrik qatarlarının  hərəkət qrafiki olduğu kimi saxlanılır.