Ağdərə istiqamətində ağır itkilərə məruz qalan düşmən məcbur geri çəkilib

16:16 - 28.09.2020


28 sentyabr, Fineko/abc.az. Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Bu barədə ABC.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib. Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

https://www.youtube.com/watch?v=NPTFAjPac0I

Bütün xəbərlər