Komendant saatı belə olacaq – Detallar

18:00 - 28.09.2020


28 sentyabr, Fineko/abc.az. Daxili İşlər Nazirliyi komendant saatının tətbiqi ilə bağlı detalları açıqlayıb.

ABC.AZ həmin detalları təqdim edir.

DİN-dən qeyd olunub ki, komendant saatının qüvvədə olduğu müddətdə şəxslər hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində yalnız xidməti vəsiqə əsasında və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçib xüsusi icazə aldıqda hərəkət edə biləcəklər.

Həmin müddətdə hərəkətinə xidməti vəsiqə əsasında icazə verilən dövlət orqanlarının əməkdaşlarının, habelə fəaliyyətinə icazə verilən sahələrin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş, habelə Daxili İşlər Nazirliyi xüsusi icazələrin verilməsi qaydasını təsdiqləyib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər