Kapital Bank-dan “Cavanlara qocaman təklif”

10:14 - 2.02.2018


Kapital Bank 2 fevral – Gənclər Günü münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Aksiya çərçivəsində Kapital Bank-dan kredit götürən müştərilərə illik faiz dərəcəsində 2%-dək endirim edilir və pulsuz BirKart təqdim edilir.

Həmçinin yaşı 35-dək olan müştərilərdən komissiya haqqı tutulmur. 8 500 AZN-dək olan kreditlər zaminsiz verilə bilər. Aksiya 28 fevral 2018-ci il tarixədək keçirilir.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü Kapital Bank-dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


Bütün xəbərlər