Bakı və regionlarda ictimai nəqliyyat adi rejimdə işləyəcək

18:58 - 28.09.2020


28 sentyabr, Fineko/abc.az. Bakı və regionlarda ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) ABC.AZ-a bildirilib ki, sentyabrın 28-dən “Hərbi vəziyyətin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı komendant saatı tətbiq olunan Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında sərnişindaşımada fasiləsiz xidmətin təmin edilməsi məqsədilə ictimai nəqliyyatın hərəkətinin adi rejimdə (06:00-dan 00:00-dək) davam etdirilməsi təmin olunacaq.
Bütün xəbərlər