Neftin qiyməti azalır, Brent-bir barelə $42,26 təşkil edir

09:35 - 29.09.2020


29 sentyabr, Fineko/abc.az. Dünyada COVİD-19 xəstəliyinin  artması səbəbindən tələbatın azalması qorxusu ilə əlaqədar çərşənbə axşamı ticarətdə neft qiymətləri aşağı düşür.

Saat 9:10-da London ICE Futures birjasında Brent markalı neftin noyabr fyuşçersi $0,17 (0,40%) – barrel başına $42,26-a düşdü. Sentyabrın 28-də keçirilən hərracların nəticələrinə görə, Brent-in noyabr üçün fyuçersinin qiyməti $0,51 (1,22%) artaraq barelə görə $42,43-ə yüksəlib.

Saat 9:10-da, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin noyabr ayına olan fyuçers ticarətində $0,24 (0,59%) – bir barel başına $40,36-a qədər aşağı düşdü. Sentyabrın 28-də hərracların nəticələrinə görə, WTI-nin noyabr fyuçersləri barel başına $0,35 (0,87%), $40,60 səviyyəsinə yüksəldi.

Ötən həftə Brent 2,9%, WTI 2,6% ucuzlaşıb.

 

Bütün xəbərlər