Azad edilən ərazilərin bir qarışı belə itirilməyib – Nazirlik

10:22 - 29.09.2020


29 sentyabr, Fineko/abc.az. Ermənistan tərəfi təxribat xarakterli məlumatlar yaymaqda davam edir.

ABC.AZ xəbər verir ki, bunu Müdafiə nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan Ordusunun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən guya geri qaytarılması barədə erməni tərəfinin yaydığı xəbər dezinformasiyadır: "Bildiririk ki, azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Hazırda Azərbaycan Ordusu düşmənin müqavimətinin qırılması istiqamətində əməliyyatı həyata keçirir".

 

Bütün xəbərlər