330x110
 

Düşmənə ağır zərbə - Ermənilərin yüksək rütbəli zabiti məhv edildi

29.09.2020,11:17


29 sentyabr, Fineko/abc.az. Ermənistan ordusunun daha bir yüksək rütbəli zabiti məhv edilib.

Bu barədə ABC.AZ-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib.