330x110
 

Bu bankların əmanətçilərinə kompensasiyaların verilməsi yekunlaşır – Fonddan mühüm açıqlama

29.09.2020,12:10


29 sentyabr, Fineko/abc.az. Sentyabrın 28-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 22 min 719 əmanətçiyə 536,2 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan sentyabrın 28-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 192,13 milyon manatdan çox kompensasiya ödənilib.

"AG Bank" üzrə 4108 əmanətçiyə 78,9 milyon manat, "NBC Bank" üzrə isə 3918 əmanətçiyə 113,23 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən sentyabrın 28-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 344 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5557 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 132,14 milyon manat, "Ata Bank" üzrə 9136 əmanətçiyə isə 211,91 milyon manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir.

Müəllif: Elmir Murad