Azərbaycan bu ərəb ölkələrinə qida məhsullarının ixracını artıracaq – Siyahı

12:14 - 29.09.2020


29 sentyabr, Fineko/abc.az. Azərbaycan ərəb ölkələrinə ixracı artırmaq niyyətindədir.

ABC.AZ trend-ə istinadən xəbər verir ki, bunu Ərəb ölkələri ilə əməkdaşlıq Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

O bildirib ki, 2021-ci ildə Azərbaycandan Oman, Suriya və İraqa tikinti materiallarının ixracı planlaşdırılır: "Bu bazarlara çıxış İordaniya vasitəsilə baş tutacaq. Əsasən qida və kənd təsərrüfatı məhsullarının ixracı planlaşdırılır. Bu ölkələrin biznes dairələri isə öz növbəsində Azərbaycanın əczaçılıq, neft-kimya sənayelərinə, mehmanxana və restoran biznesinə investisiya yerləşdirməyə hazır olduqlarını bildirib. İnvestisiyaların yatırılması pandemiya bitəndən sonra, investorların ölkəyə gəlib mövcud şəraitlər tanış olmasından sonra gözlənilir".

 

Bütün xəbərlər