330x110
 

AMB valyuta hərracında banklara $62,2 mln. satıb

29.09.2020,12:54


29 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, valyuta hərracında sentyabrın 29-da banklara $62,2 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $62,2 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.