330x110
 

Erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb – Vaqif Dərgahlı

29.09.2020,14:03


29 sentyabr, Fineko/abc.az. Düşmən ordusu əks-hücuma cəhd edib və silahlı qüvvələrimiz tərəfindən uğurla dəf edilib.

Bu barədə ABC.AZ- Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib.

Nazirlik rəsmisi qeyd edib ki, Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb.

"Düşmən geri çəkilməyə məcbur edilib. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb" - deyə V.Dərgahlı qeyd edib.