330x110
 

Gürcüstanda yoluxanların sayı 300-ü keçdi – 1 nəfər öldü

29.09.2020,14:29


29 sentyabr, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda koronavirusa 314 yeni yoluxma halı qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər Klinikasından açıqlayıblar.

Qeyd olunub ki, bu gün 1 nəfər virusdan dünyasını dəyişib. Beləliklə, bu günədək həyatını itirənlərin ümumi sayı 33 nəfərə çatıb.

Müəllif: Elmir Murad