330x110
 

Separatçı DQ respublikası Kremlin dəstək verməməsindən məyusdur - Moskvadan narazıdılar

29.09.2020,14:40


29 sentyabr, Fineko/abc.az. Rusiya Ermənistanın müttəfiqi olsa da, çox ciddi dəstək vermir.

ABC.AZ-ın məlumatına görə, bunu Rusiyanın "Дождь" telekanalının efirində qondarma Dağlıq Qarabağ Respublikasının Xarici İşlər Naziri Masis Mayilyan bildirib.

Separatçı rejimin qondarma naziri qeyd edib ki, oyuncaq hökumətlıri Rusiyadan daha artıq dəstək gözləyirdi.

Rusiya kanalının efirində diplomat Kremldən dəstək verilməməsindən məyusluğunu gizlətməyib.

O Qarabağ separatçılarının KTMT-dən kömək gözləmədiklərini də dilə gətirib: “Bizim respublika Rusiya tərəfindən tanınmır. Bu mənada KTMT-dən kömək gözləmirik".

Müəllif: Elmir Murad