Ermənilər döyüşə girməkdən imtina edir – Əsgərləri qaçırlar

14:55 - 29.09.2020


29 sentyabr, Fineko/abc.az. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu döyüşü nətucəsində Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub.

ABC.AZ xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O qeyd edib ki, Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub və onların ölümqabağı əzabları başlayıb.

"Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər", o vurğulayıb.

 

Bütün xəbərlər