Prezident cəbhədəki vəziyyətdən danışdı - Bu dəfə ermənilərə növbəti dərs verəcəyik

15:12 - 29.09.2020


29 sentyabr, Fineko/abc.az. Bu ana qədər Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında 2 uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, mülki şəxslər arasında 20-dən çox yaralı var.

"Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik”, - deyə Prezident bildirib.

 

Bütün xəbərlər