Avropa İttifaqı Gürcüstana yenə pul ayırdı – Böyük məbləğ

16:01 - 29.09.2020


29 sentyabr, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) COVID-19 pandemiyasına qarşı mübarizə və onun ölkə iqtisadiyyatına təsirlərinin öhdəsindən gəlmək üçün Gürcüstana 129 milyon avro məbləğində maliyyə yardım ayırıb.

ABC.AZ xəbər verir ki, bununla bağlı Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varheyli və Gürcüstanın baş naziri Giorgi Qaxaria arasında iki maliyyə sazişi imzalanıb.

Sənədlərə əsasən, 75 milyon avroluq qrantla Gürcüstan hökumətinin böhran əleyhinə planı dəstəklənəcək. Gürcüstanın bölgələrinin iqtisadi inkişafına isə 54 milyon avro həcmində qrant yönəldiləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər