330x110
 

Azərbaycanlı iş adamı xalqa müraciət etdi – Birləşin

29.09.2020,16:17


29 sentyabr, Fineko/abc.az. Rusiyalı iş adamı Azərbaycan xalqına müraciət edib.

ABC.AZ xəbər verir ki, Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov sosial şəbəkə hesabında paylaşdığı statusunda həmvətənlərimizə müraciət edərək Ali Baş komandanı dəstəkləməyə çağırıb.

O müraciətində deyib ki, elə bir an gəlib çatdı ki, bütün azərbaycanlılar bir nəfər kimi sıx birləşməlidir. "Təcavüzkarların ələ keçirdikləri əzəli torpaqlarımızın işğaldan azad edilməsinə başlayan Azərbaycanın Ali Komandanını və ölkə ordusunu dəstəkləməlidir” - deyə milyarder bildirib.

Müəllif: Elmir Murad