330x110
 

Bu məktəblərin bufetləri işləyəcək - Agentlik icazə verdi

29.09.2020,16:56


29 sentyabr, Fineko/abc.az. Peşə təhsili müəssisələrində fəaliyyət göstərən yeməkxana və ya bufetlərin tədris məqsədləri üçün istifadəsinə icazə verilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) ABC.AZ-a verilən məlumata görə, məktəbəqədər təhsil müəssisələrində isə koronavirusa yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması üçün işçi heyətlə yanaşı, valideynlər də məsuliyyət daşıyır.

Agentıikdən bildirilib ki, valideynindən təlim-tərbiyə müəssisəsinə daxil olarkən uşaqların sağlamlıq vəziyyəti ilə bağlı məlumat alınmalıdır: "Həmçinin müəssisə daxilində uşaqların hərarəti hər gün yoxlanmalıdır. Məktəbəqədər təhsil müəssisələrində çalışan hər kəsin sanitariya və gigiyena qaydalarına əməl etməsi şərtdir. Xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyini məhv etmək üçün qida ilə təmas edən səthlərin, avadanlıqların mütəmadi olaraq təmizlənməsi və dezinfeksiyası həyata keçirilməlidir".

Müəllif: Elmir Murad