Rusiyadakı çox sayda azərbaycanlılar cəbhəyə getmək üçün müraciət edir – Polad Bülbüloğlu

16:57 - 29.09.2020


29 sentyabr, Fineko/abc.az. Bu günlər ərzində səfirliyə Rusiyada yaşayan azərbaycanlılardan cəbhəyə göndərilmələrini xahiş edən çox sayda müraciət daxil olur.

ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada radiolarından birinə verdiyi müsahibədə bildirib.

O qeyd edib ki,  müraciət edənlər döyüşə getmək istəyən vətənpərvər insanlardır: "Biz onlara deyirik ki, çox sağ olun, hisslərinizə hörmət edirik, amma bu gün ordumuzun buna ehtiyacı yoxdur.  Ordumuz tam təchiz olunub və bizim ən müasir silahlarımız var”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər