330x110
 

Yoluxanların sayı açıqlanıb – Günün statistikası

29.09.2020,17:38


29 sentyabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.