Müdafiə Nazirliyi: “Ermənistan ordusunun mövqeləri darmadağın edilib”

23:17 - 29.09.2020


29 sentyabr, Fineko/abc.az. Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb. Bu barədə ABC.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib. Ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir.
Bütün xəbərlər