330x110
 

Neft ucuzlaşır, Brent bir barelə $40,66 təşkil edir

30.09.2020,09:59


30 sentyabr, Fineko/abc.az. Neft qiymətləri, çərşənbə günü tələblə bağlı narahatlıq fonunda azalır. ABŞ Energetika Nazirliyinin ölkədə neft ehtiyatları haqqında həftəlik hesabatının dərc olunması gözlənilir.

9:16-da London ICE Futures neft birjasında Brent markalı neftin noyabr fyuçersi $ 0,37 (0,90%) – barrel başına $40,66-a qədər düşüb. Sentyabrın 29-da keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin  noyabr fyuçersinin qiyməti $1,40 (3,3%) - barrel başına $41,03-a düşüb. Brent markalı neftin noyabr müqavilələrinin müddəti, çərşənbə günü ticarətin sona çatması ilə başa çatır.

9:16-da, Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin noyabr ayına olan fyuçersi $0,26 (0,66%) – bir barel başına $39,03-a qədər aşağı düşdü. 29 sentyabr ticarətinin nəticələrinə görə, WTI-nin noyabr fyuçersləri bir barel başına $1,31 (3,23%), $39,29 qiymətinə düşdü.

ABŞ-ın Neft İnstitutu (API) çərşənbə axşamı bildirib ki, sentyabrın 25-də başa çatan həftə ABŞ-da neft ehtiyatları 831 min barrel azalıb. API - nın məlumatına görə, benzinin ehtiyatları 1,6 milyon barel artıb, distillatlar 3,4 milyon barel azalıb. Kuşinq terminalında neft ehtiyatları 1,6 mln. barrel artıb.