330x110
 

Avro və İngilis sterlinqi ucuzlaşa bilər – Proqnoz

30.09.2020,10:11


30 sentyabr, Fineko/abc.az. Dünya iqtisadi və siyasi arenasında baş verən prosedurlar dolların avronu və ingilis funt sterlinqini təzyiq altında saxlamasına gətirib çıxarıb.

ABC.AZ-ın məlumatına görə, ekspertlər bunu Breksit danışıqlarında İngiltərə ilə AB arasında uzlaşmanın əldə olunmaması və Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin müsbət açıqlanmasının təsir etdiyini iddia edir.

Ekspertlərim təhlilinə əsasən avro 1.18$-ın altında qalarsa, 1.16, funt sterlinq isə 1.29$-ın altında qalarsa, 1.27$-a kimi ucuzlaşa bilər.

Müəllif: Elmir Murad