330x110
 

Bankomatların sayı 23 ədəd artıb – Bir ayın hesabatı

30.09.2020,11:05


30 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi Mərkəzi Bank avqust ayı ilə bağlı bank sektorundakı bəzi statistik rəqəmləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, hesabat ayında bankomatların da sayında artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı avqust ayı ərzində 23 ədəd və ya 0,9% artaraq 2 608 ədəd təşkil edib. İllin əvvəlindən bankomatların sayı 1,5% və ya 39 ədəd azalıb, lakin illik müqayisədə 0,8% və ya 20 vahid artıb.

Bankomatların 1 364 ədədi və ya 52,3%-i Bakıda, 1 244 ədədi və ya 47,7%-i isə regionlarda quraşdırılıb.

Müəllif: Elmir Murad