330x110
 

Beynəlxalq Valyuta Fondu 81 ölkəyə kredit ayırıb – Məbləğ

30.09.2020,11:39


30 sentyabr, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (BVF) 81 ölkəyə COVID-19 pandemiyasının nəticələrini aradan qaldırmaq üçün indiyədək ümumi məbləği təxminən 100 mlrd. ABŞ dolları təşkil edən kreditlər ayırıb.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bunu BVF-in baş direktoru Kristalina Georgiyeva deyib.

Onun sözlərinə görə, hazırda dünya İkinci Dünya müharibəsindən bəri ən pis şoku yaşayır, lakin vəziyyət may ayı ilə müqayisədə daha qənaətbəxş sayılır.

K. Georgiyeva qeyd edib ki, Çin və inkişaf etmiş iqtisadiyyatların göstəriciləri ilin II rübündə proqnozlardan daha yaxşıdır və qlobal iqtisadiyyatda və dünya ticarətində canlanma əlamətləri görünür.