Azərbaycanda tütün məmulatlarına və spirtli içkilərə tətbiq olunan aksiz vergisi yüksələcək

11:32 - 11.10.2017


Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün bildirdi ki, gündəlikdə aksiz vergilərin artımı məsələsi nəzərdə tutulur.

Dövlət Gömrük Komitəsinin rəhbərinin dediyinə əsasən, hal-hazırda bu məsələ üzrə ölkə hökuməti ilə razılaşmalar aparılır.

“Məlumdur ki, indiki vəziyyət, manatın devalvasiyasından sonra reallığa uyğun deyil. Tütün məmulatlarına və spirtli içkilərinə tətbiq olunan aksiz vergiləri artırılmalıdır. Ölkədə bu sahədə kifayət qədər müəssisə fəaliyyət göstərir, bizim əsas məsələmiz isə daxili istehsalın qorunmasıdır”, - A.Əliyev belə deyib.

Bütün xəbərlər