330x110
 

Qonşu ölkə virusla mübarizədə uduzur – Bir gündə 326 yoluxma

30.09.2020,12:34


30 sentyabr, Fineko/abc.az. Gürcüstanda virusa yoluxanların sayında yenidən artım müşahidə olunub.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində Gürcüstanda ölkə üzrə 326 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə rekord sayda, 796 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 6,192 nəfərə çatıb.

Onlardan 2,324 nəfəri isə tam olaraq sağalıb.

Ümumilikdə 37 nəfər sözügedən virusdan həyatını itirib.

Müəllif: Elmir Murad