FİFA ermənilərin öldürdüyü azyaşlıya görə Azərbaycana başsağlığı verdi - Futbolçu idi

14:16 - 30.09.2020


30 sentyabr, Fineko/abc.az. FIFA ermənilərin həlak etdiyi azyaşlı azərbaycanlı futbolçunun ölümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.

ABC.AZ-ın məlumatına görə, azyaşlı futbolçu Şəhriyar Qurbanovun həlak olması ilə əlaqədar FIFA-dan AFFA-ya başsağlığı məktubu daxil olub.

Məktubda Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan 13 yaşlı Şəhriyarın ailəsinə başsağlığı mesajı çatdırılıb.

 

Bütün xəbərlər