330x110
 

Azərbaycanın əsas qeyri-dövlət ixracatçı şirkətləri – Siyahı

30.09.2020,14:37


30 sentyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin sentyabr sayı təqdim edilib.

ABC.AZ xəbər verir ki,  sözügedən sayda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.

Bu ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda "Socar Polymer” MMC birinci yerdə qərarlaşıb.

Əsas ixracatçı qeyri-dövlət şirkətlərinin siyahısında 2-ci yerdə Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, 3-cü pillədə "Land Lojistic" MMC-dir. Növbəti sıralamalarda isə "MKT İstehsalat Kommersiya" MMC, "Fruit Store" MMC, "Global Trade Group" MMC, "Sun Food" MMC,  "Baku Steel Company",  “Azagroeksport 2017” MMC, "Fruit City Group" MMC gəlir. Statistik göstəricilərə əsasən icmalda göstərilən qeyri-dövlət şirkətlərinin qeyri-neft ixracında payı 32,7 faiz təşkil edir.

Müəllif: Elmir Murad