Daha bir ölkədən Azərbaycana dəstək – Ərazi bütövlüyünüzü tanıyırıq

15:11 - 30.09.2020


30 sentyabr, Fineko/abc.az. Ukraynadan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən açıqlama gəlib.

ABC.AZ-ın məlumatına görə, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bu gün keçirdiyi onlayn brifinq zamanı qeyd edib ki, bu hadisələrin inkişafını hamımız yaxından izləyirik: "Azərbaycanın Xarici İşlər Naziri ilə telefon danışığım olub. Mövqeyimiz çox aydındır. Müharibə hər zaman kədər, itki, dağıntıdı və səmimi qəlbdən kədərlənirik ki, hazırda Qafqazda bu hadisələr baş verir. Ukrayna xarici siyasətinin təməl prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünə dəstək olmaqdır. Azərbaycanın bizim beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik və bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır”.

 

Bütün xəbərlər