330x110
 

Bu sektorlara kredit qoyuluşunun həcmi 54 milyon manat artıb – Hesabat

30.09.2020,15:37


30 sentyabr, Fineko/abc.az. Bu ilin sentyabrın 1-nə Azərbaycanda kənd təsərrüfatı və emal sektoruna kredit qoyuluşunun həcmi 557,7 mln. manat olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, kənd təsərrüfatı və emal sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni vaxtı ilə müqayisədə 54 mln. manat və ya 10,7% artıb.

Kənd təsərrüfatı və emal sektoruna kredit qoyuluşu aylıq müqayisədə 4,4 mln. manat və ya 0,8%, ilin əvvəli ilə isə müqayisədə 14,3 mln. manat və ya 2,6% artıb.

Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 3,7% təşkil edib. İllik müqayisədə bu göstərici 1 faiz bəndi artıb, aylıq müqayisədə isə 0,2 faiz bəndi azalıb.

Müəllif: Elmir Murad