Ermənistanın 4-cü taboru atəşə məruz qaldı – Xeyli sayda itkiləri var

15:39 - 30.09.2020


30 sentyabr, Fineko/abc.az. Ermənistanın Füzuli istiqamətində yerləşən daha bir taboru atəşə məruz qalıb.

Müdafiə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub.

Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.

 

Bütün xəbərlər