Azərbaycanın ixracı birdən-birə 34 faizə yaxın artdı – Səbəb

15:46 - 30.09.2020


30 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi  133,7 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ABC.AZ-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8% çoxdur. İxracın artması İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilməsinin nəticəsidir.

Bu ilin sentyabr ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 19 mln. dollar olub ki, bu da avqustla müqayisədə 2,5% azdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər