Ermənistanın mülki əhaliyə vurduğu ziyanın həcmi açıqlanıb - Ciddi zərər dəyib

16:04 - 30.09.2020


30 sentyabr, Fineko/abc.az. İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 116 yaşayış evinə, həmçinin, 26 mülki obyektə, o cümlədən Tərtər şəhərində Xalça-toxuculuq fabrikinə, Ağdam rayonu, Təzəkənd kəndində inşa edilmiş modul tipli məktəb binasına külli miqdarda ziyan vurulub.

Baş Prokurorluğun mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, ermənilərin mülki əhaliyə atəşi nəticəsində Tərtər rayonu, Şıxarx qəsəbəsi 1 saylı tam orta məktəbin binasına, Tərtər şəhəri 2 saylı məktəb-liseyin binasına, Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində yerləşən “MKT İstehsal Kommersiya” MMC-nin Pambıq zavoduna, Tərtər rayonu Qapanlı kəndində tibb məntəqəsinə ciddi zərər dəyib. Eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

 

Bütün xəbərlər